Secme Xeberler

100 mindən çox vergi borcu olan şirkət Azərsudan 155 minlik tenderi uddu

Sharing is caring!

“Azərsu” ASC-nin keçirdiyi tender müsabiqəsinin qalibi “Universal Pro” QSC olub.


Xəbəral.az Yeniavaz.com – a istinadən xəbər verir ki, “Azərsu” ASC daxili vəsaiti hesabına pəstahların (metal məmulatı) satın alınması xidmətinə görə “Universal Pro” QSC-yə 154 min 967 manat 39 qəpik ödəyəcək.


Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 2 min manat olan “Universal Pro” QSC-nin qanuni təmsilçisi Baxışov Ədalət Müsafər oğludur. QSC 8 fevral 2016-cı ildə dövlət qeydiyyatına alınıb.


Qeyd edək ki, 21 iyun tarixinə olan məlumatına görə, “Universal Pro” QSC-nin dövlət büdcəsinə 106 min 686 manat 83 qəpik borcu var.


Xatırladaq ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə qadağandır.



Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir