Secme Xeberler

“Azersky” peykindən alınan təsvirlər elmi tədqiqatlarda istifadə olunacaq

Sharing is caring!

Azərbaycanın peyk rabitə operatoru “Azərkosmos” ASC, 2019-2020-ci illər üzrə keçirdiyi “Yer səthinin məsafədən müşahidə xidmətlərinin təşviqi” müsabiqəsinin nəticələrini elan edib.

ASC-dən “APA-Economics”ə verilən məlumata görə, müsabiqənin məqsədi “Azersky” peykindən əldə olunan təsvirlərin ölkə daxilində istifadəsini təşviq etmək və Azərbaycanda Yer səthinin məsafədən müşahidəsi xidmətlərinin inkişafına təkan verməkdir.

Müsabiqə çərçivəsində elmi-tədqiqat institutları, universitetlər və elmi tədqiqatla məşğul olan digər qurumlardan ümumilikdə 18 təklif təqdim edilib. Müsabiqənin qalibləri onlara təqdim olunan təsvirləri növbəti 12 ay ərzində elmi tədqiqatlarında tətbiq edəcək. Qalib layihələrin hesabat sənədlərində əsasən, Azərbaycanın meşə resurslarının dinamikasının qiymətləndirilməsi, kənd təsərrüfatı bitkilərinin vəziyyətinin öyrənilməsi, dağlıq sahələrdə geoloji mühitin monitorinqi, çay daşqınlarının və onların fəsadlarının proqnozlaşdırılması, göllərin ekologiyası və dəyişmə dinamikası, neft hasilatı zamanı neftlə çirklənən torpaq ərazilərinin spektral xarakteristikaları, torpaq sürüşmələri ehtimalı olan sahələrin geodinamik aktivliyinin qiymətləndirilməsi və bu kimi digər məsələlərin “Azersky” peykindən əldə edilən təsvirlər vasitəsilə öyrənilməsi öz əksini tapacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir