Secme Xeberler

Livanda YDM-də baş vermiş partlayış nəticəsində 12 nəfər xəsarət alıb

Sharing is caring!

Livanın şimalındakı Baxaun yaşayış məntəqəsində yanacaq doldurma məntəqəsində (YDM) baş vermiş partlayış nəticəsində azı 12 nəfər xəsarət alıb.

Xeberal “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “LBC” telekanalı yerli Qırmızı Xaç cəmiyyətinin rəhbəri Corc əl-Kattaniyə istinadla məlumat yayıb.

Məlumata görə, yaralılardan 10 nəfəri təcili tibbi yardım maşınları ilə yerli xəstəxanalara çatdırılıb. Onların vəziyyətinin qənaətbəxş olduğu deyilir.

Hadisəni Livan ordusu və təhlükəsizlik qüvvələri araşdırır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir