Secme Xeberler

Deputat: “İnsanları çörəklə imtahan etmək olmaz, bu, son nəfəsdir”

Sharing is caring!

Tahir Kərimli: “Çörəyin bahalaşması mənim üçün gözlənilməz oldu. Çox üzülürəm, parlamentdə də qiymətlərin ucuzlaşmasının vacibliyi barədə dəfələrlə çıxış etmişəm. Azərbaycanın 10 milyon əhalisinin taxıl tələbatı var. Dövlət bununla bağlı illərdir ki, subsidiya ayırır. Həmin subsidiyalar taxıl idxalını minimuma endirmək və əhalinin taxıl ilə təminatını yaxşılaşdırmaq məqsədi daşıyıb. Əgər ölkə bu qədər taxıl idxal edirsə, onda həmin subsidiyalar hara gedib?! Belə çıxır ki, subsidiyaya ayrılan pullar mənimsənilib. Əksi olsaydı, effektini görərdik. Bununla bağlı kim açıqlama verəcək? Niyə Azərbaycan taxıl idxalından bu qədər asılı olmalıdır?!”
Deputat bildirib ki, qiymət artımı Vətən müharibəsində qazandığımız qələbəni belə gözdən sala bilər: “Doğrudur, Azərbaycan taxılı əsasən Rusiya və Qazaxıstandan idxal edir. Taxılın daşınma xərcləri, bahalaşma var. Hesab edirəm ki, dövlət ya valyuta fondundan ya da necə olursa-olsun, ödəmə etməlidir. Yəni, baha alıb, vətəndaşlara ucuz qiymətə satmalıdır. İnsanları çörəklə imtahan etmək olmaz. Necə deyərlər: bu, son nəfəsdir”.
Tahir Kərimli Qazaxıstanda baş verənlərə də münasibət bildirib: “Qazaxıstandakı hadisələri də müşahidə edirəm. Heç arzulamıram ki, ölkədə də belə olsun. Ölkənin, xalqın, dövlətin yaxşılığını istəyən biri kimi arzulayıram ki, Azərbaycan dövləti məsələni həll etsin, taxılın qiyməti dövlət büdcəsi və ya valyuta fondu hesabına ödənilsin. Müvafiq şəxslər bilməlidir ki, qiymət artımı yaxşı heç nə vəd etmir. Ona görə də hökuməti məsələyə baxmağa çağırır və qeyd edirəm ki, mütləq kompensasiya ödənilməlidir”.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir