Secme Xeberler

Umayra Tağıyeva: “Ölkəyə soyuq hava cərəyanlarının daxil olması nəticəsində temperatur aşağı enib”

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ölkə ərazisində havanın şəraitinin dəyişməsinin səbəbini açıqlayıb.

ETSN-nin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva APA-ya deyib ki, gözlənildiyi kimi, çox isti hava şəraitindən sonra 29 iyun axşam saatlarından başlayaraq ölkəyə Qara dənizdən hərəkət edən soyuq hava cərəyanlarının daxil olması nəticəsində respublika ərazisində temperatur aşağı enib.

O qeyd edib ki, əksər rayonlarda yağış qeydə alınır, bəzi rayonlarda leysan xarakterlidir. U. Tağıyeva nəzərə çatdırıb ki, Bakıda Qərb küləyinin sürəti 23-28 m/s olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir