Secme Xeberler

DİN-nin yaşlı generallarının SİYAHISI

Sharing is caring!

Məlum olduğu kimi, Prezident İlham Əliyevin sərəncamı ilə uzun illər Daxili işlər naziri vəzifəsində çalışmış Ramil Usubov işdən çıxarıldı, onun yerinə birinci müavin vəzifəsində çalışan Vilayət Eyvazov təyin olundu.

V.Eyvazovun nazir təyin olunandan sonra nazirliyin yüksək rütbəli zabitləri ilə bağlı hansı dəyişikliklər edəcəyi gözlənilir. Maraqlıdır, bu dəyişikliklərdə hansı məqamlar nəzərə alınacaq? Komandanın yenilənməsində yaş senzi nəzərə alınacaqmı?

Unikal.org bunu araşdırmaq üçün DİN-nin yüksək çinli zabitərinin yaşı ilə bağlı kiçik araşdırma aparıb. Siyahını oxucularımıza təqdim edirik:

Daxili İşlər nazirinin müavini, polis general-leytenantı Zalov Oruc İbrahim oğlunun 67 yaşı var. O, 1952-ci ildə Naxçıvan şəhərində anadan olub.

Daxili İşlər nazirinin müavini, polis general-leytenantı Əliyev İsmət Rəşid oğlunun 60 yaşı var. O, 1959-cu ildə Ermənistan Respublikasının Krasnoselsk rayonunun Əmirxeyir kəndində anadan olub.

Daxili işlər nazirinin müavini – Baş Təşkilat-İnspeksiya İdarəsinin rəisi, polis general-leytenantı Quliyev Fazil Balahəsən oğlunun 62 yaşı var. O, 1957-ci ildə Bakı şəhərində anadan olub.

Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin rəisi polis general-mayoru Əliyev Yaşar Ədilxan oğlunin 59 yaşı var. O, 1960-cı ildə Bakı şəhərində anadan olub.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun 68 yaşı var. O, 1951-ci ild Tovuz rayonunun Qovlar kəndində anadan olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir