Secme Xeberler

İşdən çıxarılan icra başçısı Prezident Administrasiyasına gətirildi – Eksklüziv

Sharing is caring!

İbrahim Mustafayev Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi barədə xəbər vermişdik.

Xəbəral.az-ın özəl mənbələrdən əldə etdiyi məlumata görə, işdən çıxarılan İbrahim Mustafayev Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə şöbəyə müdir müavini təyin edilib. 

Onu da qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri, Prezidentinin köməkçisi Zeynal Nağdəliyevdir.

Qeyd edək ki, İbrahim Mustafayev 2018-ci ildə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdi. Musavat.com

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir