Secme Xeberler

“Diplomatiya Akademiyası” layihəsi çərçivəsində ikinci görüş keçirilib.

Sharing is caring!

“Loqos” – un Azadlıq filialında Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi tərəfindən başlanan “Diplomatiya Akademiyası” layihəsi çərçivəsində ikinci görüş keçirilib.
Görüşün qonağı “İTV” telekanalının sevilən siması, məşhur aparıcı Saleh Bağırov olubdur.
Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzinin icraçı direktoru Leyla Kərimova qonağı gənclərə təqdim edib.
Daha sonra Saleh Bağırov öz həyat hekayəsi haqqında gənclərə məlumat verib və bildirib ki, bu tip layihələrin gənclərin intellektual biliklərinin artırılmasına böyük töhfə verdiyini, həmçinin ölkədə həyata keçirilən inkişaf proqramlarına yardımçı olduğunu vurğulayıbdır.
“Media və TV” mövzusunda ətraflı məlumat verən S.Bağırov qeyd edib ki, Kütləvi informasiya vasitələri (KİV) – informasiyanın kütləyə çatdırılması vasitəsi olub müasir sivilizasiyanın ən xarakterik cəhətlərindən biridir. Kütləvi informasiya vasitələrinin köməyi ilə insanlar qısa bir zamanda dünyada baş verənlər haqqında məlumat ala bilirlər. Kütləvi informasiya vasitələri özündə əsasən qəzetləri, jurnalları, radio və televiziyanı cəmləşdirir. TV işinin maraqlı məqamları haqqında danışan natiq gənclər ilə bu işin həm çətin, həm də maraqlı tərəflərini bölüşübdür.
Sonra Saleh Bağırov gənclərin suallarını cavablandırıb və görüş olduqca maraqlı anlarla yekunlaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir