Secme Xeberler

Lenta.ru Azərbaycan xalqından üzr istəyib

Sharing is caring!

Rusiyanın lenta.ru portalı Azərbaycan xalqından üzr istəyib. APA-nın Moskva bürosunun verdiyi xəbərə görə, bu barədə Azərbaycanın Rusiyadakı səfirliyi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, 23 iyun 2019-cu il tarixində “Lenta.ru” saytında Konstantin Dvoretskinin «Они заводят любовников втайне от мужа и хвастаются подругам» başlıqlı məqaləsi dərc olunub:

“Bununla bağlı bildiririk ki, aparılmış təxirəsalınmaz işlər nəticəsində sözügedən məqalə informasiya portalından çıxarılıb.
Bundan əlavə, qeyd olunan saytda redaksiyanın Azərbaycan xalqından və Rusiyadakı Azərbaycan icmasının nümayəndələrindən üzr istəməsi, materialın xalqımızı təhqir etmək kimi bir məqsəd güdmədiyi haqda məlumat yerləşdirilib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir