Secme Xeberler

Təranə Məmmədova: “Məktəblilərə diqqət, qayğı, sevgi ilə yanaşaq”

Sharing is caring!

8-ci sinif şagirdi Elina Hacıyevanın intihar etməsi hadisəsi hər birimizi sarsıdıb. Bu dəhşətli olayın cəmiyyətdə, xüsusən də sosial şəbəkələrdə müzakirəyə çıxarılması təbii qarşılansa da, istintaq prosesi getdiyi ərəfədə məsələyə hüquqi qiymət verilməmiş bizlərin konkret ittihamlarla çıxış etməyimiz xüsusən mərhumun ailəsinə növbəti ağır zərbə olar, bununla yanaşı, təhsil ictimaiyyətinə qarşı da xoşagəlməz münasibətin formalaşmasına yol açar. Bu fikirləri “Loqos” Psixologiya və Nitq İnkişaf Mərkəzinin direktoru, psixologiya üzrə fəlsəfə doktoru, klinik psixoloq Təranə Məmmədova mətbuata açıqlamasında bildirib. Psixoloq qeyd edib ki, dövlətin gənclər siyasətinə uyğun olaraq, ölkədə gənclər və yeniyetmələr hər zaman diqqət mərkəzindədirlər. Onların yüksək səviyyədə təhsil almaları, sağlamlıqları, asudə vaxtdan düzgün yararalanmaları, vətəndaş kimi formalaşmaları dövlət siyasətinin prioritet istiqamətini təşkil edir. Yeniyetmə və gənclər arasında intihar hallarının hər bir ölkədə baş verdiyinə diqqət çəkən psixoloq T.Məmmədovanın sözlərinə görə, bu kateqoriyadan olanlarla işin düzgün qurulması bütün cəmiyyətin üzərinə düşən məsuliyyətdir: “evdə valideyin, təhsil ocağında müəllim, ictimaiyyət arasında əhatəsində olduğu insanlar xüsusən məktəblilərə diqqət, qayğı, sevgi ilə yanaşmalıdırlar”. Yeniyetməlik dövrü ən həssas bir dövrdür. Bu zaman hər bir yeniyetmənin həyatında, orqanizmində fizioloji, hormonal, psixoloji inkişaf və dəyişikliklər baş verir. Valideyin-məktəb əlaqələri bu dövrdə daha güclü olmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir