8-ci sinif şagirdi Elina Hacıyevanın intihar etməsi hadisəsi hər birimizi sarsıdıb. Bu dəhşətli olayın cəmiyyətdə, xüsusən də sosial şəbəkələrdə müzakirəyə çıxarılması təbii qarşılansa da, istintaq prosesi getdiyi ərəfədə məsələyə hüquqi qiymət verilməmiş bizlərin konkret ittihamlarla çıxış etməyimiz xüsusən mərhumun ailəsinə növbəti ağır zərbə olar, bununla yanaşı, təhsil ictimaiyyətinə qarşı da xoşagəlməz münasibətin formalaşmasına yol açar. Bu fikirləri “Loqos” Psixologiya və Nitq İnkişaf Mərkəzinin direktoru, psixologiya üzrə fəlsəfə doktoru, klinik psixoloq Təranə Məmmədova mətbuata açıqlamasında bildirib. Psixoloq qeyd edib ki, dövlətin gənclər siyasətinə uyğun olaraq, ölkədə gənclər və yeniyetmələr hər zaman diqqət mərkəzindədirlər. Onların yüksək səviyyədə təhsil almaları, sağlamlıqları, asudə vaxtdan düzgün yararalanmaları, vətəndaş kimi formalaşmaları dövlət siyasətinin prioritet istiqamətini təşkil edir. Yeniyetmə və gənclər arasında intihar hallarının hər bir ölkədə baş verdiyinə diqqət çəkən psixoloq T.Məmmədovanın sözlərinə görə, bu kateqoriyadan olanlarla işin düzgün qurulması bütün cəmiyyətin üzərinə düşən məsuliyyətdir: “evdə valideyin, təhsil ocağında müəllim, ictimaiyyət arasında əhatəsində olduğu insanlar xüsusən məktəblilərə diqqət, qayğı, sevgi ilə yanaşmalıdırlar”. Yeniyetməlik dövrü ən həssas bir dövrdür. Bu zaman hər bir yeniyetmənin həyatında, orqanizmində fizioloji, hormonal, psixoloji inkişaf və dəyişikliklər baş verir. Valideyin-məktəb əlaqələri bu dövrdə daha güclü olmalıdır.
Oxşar Xəbərlər
Gəncədə 58 yaşlı qadını maşın vurdu
Gəncədə piyadanın vurulması ilə nəticələnən qəza baş verib. APA-nın məlumatına görə, 1965-ci il təvəllüdlü Nazirə Xezari yolu qarşı tərəfə keçmək istəyən zaman avtomobil vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır. Xeberal.az
Ukraynalı qütb tədqiqatçıları “Vernadski” üzərində əsrarəngiz günəş doğuşunu lentə alıblar – VİDEO
“Akademik Vernadski” stansiyasından olan ukraynalı qütb tədqiqatçıları Antarktidanın əsrarəngiz mənzərəsini əks etdirən video paylaşıblar. Milli Antarktida Elm Mərkəzindən verilən məlumata görə, ilin bu vaxtında – payızın sonu və qışın əvvəlində orada inanılmaz günəş doğuşunu müşahidə etmək olar. Həmçinin xatırladılıb ki, Cənub yarımkürəsində fəsillər Şimal yarımkürəsinə nisbətən tərsinə gedir, ona görə də Antarktidada qış iyunun 1-də […]
Ömrünün yarısını həbsdə keçirən şəxs yenidən tutuldu
Samux sakinində narkotik aşkar olunub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında Samux rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, Ceyhun Mərdanov saxlanılaraq şöbəyə gətirilib. Onun üzərinə baxış keçirilən zaman külli miqdarda narkotik vasitə olan tiryək […]