Secme Xeberler

Vasif Əfəndi yazır: Trampın hakimiyyətə gəlişindən sonra Orta Doğuda qərbin çox ciddi problemləri yaranmağa başlanıb.

Sharing is caring!

: ABŞ “demokratlarının” Donald Trampa qarşı qaldırdığı İmpiçment nümayəndələr palatası tərəfindən qəbul olundu.Bu hadisə ABŞ-da 3 cü dəfə təkrar olunur.Trampdan öncə Cekson və Klintona qarşı da impinçment tətbiq olunmuşdu.Lakin hər iki halda senat impinçmenti rədd etmişdir.Hazırda demokratlar iki əsas səbəb gətirərək Trampı vəzifəsindən uzaqlaşdırmağa çalışırlar.Bunlar ABŞ-ın Ukraynaya yardımı dayandırması və 2020 -ci il preizdent seçkilərində Trampa ciddi rəqib olacaq Co Baydenə qarşı təzyiqlərdir.Təbii ki, bunlar prosesin hüquqi tərəfləridir.Əslində isə Trampa qarşı daha böyük və ciddi ittihmlar var.Trampın hakimiyyətə gəlişindən sonra Orta Doğuda qərbin çox ciddi problemləri yaranmağa başlanıb.Təkcə hərbi büdcəsi Rusiyanın dövlət büdcəsindən çox olan ABŞ bir çox məqamlarda Rusiya ilə hesablaşmağa məcbur olub.Demokratlar Rusiya qarşı loyal münasibət sərgilədiyinə görə ona daha çox qızğındırlar.Həmçini NATO üzvü olan və bu qurumun ən güclü quru qoşunlarına malik olan Türkiyə ilə münasibətlər getdikcə pisləşir.Regionda Türkiyə kimi hərbi potensialı və döyüşkən heyyəti olan bir ordunu itirməsi NATO-nun zəifləməsinə gətirib çıxara bilər.Respublikaçılar qərara təcili olaraq yanvar ayının ilk 10 günlüyündə baxılmasına çalışacaqlar ki, növbəti dəfə impinçmenti rədd etsinlər.Lakin demokratlar israrlı görünürlər.Senatda qərarın qəbul olunması üçün səslərin üçdə ikisinə ehtiyac var.Respublikaçıların üstünlük təşkil etdiyi senatda belə qərarın verilməsi mümkün görünməsə də demokratiyanın beşiyində hər şey mümkündür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir