Secme Xeberler Siyasət

Bakcell jurnalistlər üçün “Mobil telekommunikasiyaya giriş” adlı seminar keçirib (FOTO)

Sharing is caring!

Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi “Bakcell” şirkəti jurnalistlər üçün növbəti dəfə “Mobil telekommunikasiyaya giriş” adlı seminar keçirib.

Ardıcıl olaraq beş ildir ki, təşkil olunan ənənəvi seminarın əsas məqsədi jurnalistləri mobil telekommunikasiya sahəsinin əsasları, müasir texnologiyalar, innovasiyalar və son tendensiyalar barədə maarifləndirməkdir. Ölkənin bir çox aparıcı media qurumlarını təmsil edən 30-dan çox jurnalistin iştirak etdiyi seminar mobil telekommunikasiya üzrə məlumatlılığın və bu sahədən yazan jurnalistlərin peşəkarlığının artırılmasına xidmət edir.

“Mobil telekommunikasiya ən sürətlə inkişaf edən sahələrdən biridir. Buna görə də mobil rabitə xidmətindən istifadə edən abunəçilərin davranış və tələbləri, eyni zamanda mobil operatorların təklif etdiyi məhsul və xidmətlər tez-tez yenilənir. Telekommunikasiya və informasiya texnologiyaları sahəsindən yazan jurnalistlərin bu sahədəki yeniliklərdən xəbərdar olması və onların peşəkarlığının artırılması üçün biz bu layihəni davamlı olaraq həyata keçiririk”, – deyə “Bakcell” şirkətinin İctimaiyyətlə Əlaqələr və Korporativ Kommunikasiyalar Departamentinin rəhbəri Süheylə Cəfərova bildirib.

Şəki şəhərində keçirilən seminarda “Mobil internetdə son durum: tətbiqlər və cihazlar”, “Video istehlakı – müasir kontent siyasətin aparıcı gücü”, “Mobil Maliyyə xidmətləri”, “Müştəri Xidmətlərinin Rəqəmsallaşdırıması”, “4G şəbəkəsinin üstünlükləri və əhatə dairəsi” və “Rəqəmsal Nəsil” mövzularında interaktiv sessiyalar keçirilib. “Bakcell”in müvafiq sahələr üzrə aparıcı mütəxəssisləri həmçinin jurnalistlərə şirkətin ən son məhsul və xidmətləri, o cümlədən “Wi-Fi Evinizdə” adlanan cihaz barədə ətraflı məlumat veriblər.

Qeyd edək ki, seminar 2 gün davam edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir