Sənaye və energetika

İlin 11 ayında Azərbaycandan Avropaya nə qədər neft nəql edilib?

Sharing is caring!

Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin Türkiyə ərazisində istismarını həyata keçirən “BOTAS International Limited” (BIL) 2020-ci il yanvar-noyabr aylarında 193 milyon 851 min barel neft nəql edib.

“BOTAS International Limited”-in rəsmi internet səhifəsindən verilən məlumata əsasən, 2020-ci ilin əvvəlindən noyabr ayının sonuna qədər BTC boru kəməri ilə nəql edilən neft Ceyhan terminalında 257 tankerə yüklənərək dünya bazarına yola salınıb.

BTC-nin Ceyhan terminalından 2006-ci ildən bu günə qədər 3 milyard 554,1 milyon barel neft nəql edilib. Bu neft 4 min 638 tankerə yüklənərək dünya bazarlarına yola salınıb.

Qeyd edək ki, BIL 2001-ci ildən etibarən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Türkiyə ərazisində istismarı ilə məşğuldur. Şirkət, 2006-cı ilin 2 iyun tarixindən etibarən Ceyhan terminalından xam neftin nəql edilməsi prosesinə start verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir