Astara Rayon Polis Şöbəsinin və Baş Cinayət Axtarış İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ayaqqabısında qaçaqmal yolu ilə İran İslam Respublikasından yarım kiloqramdan artıq narkotik gətirən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupundan XeberAl.az-a verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Sumqayıt şəhəri Corat qəsəbəsinin sakini, əvvəllər məhkum olunmuş Rövşən Şükürov Astara şəhəri […]
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva İranın paytaxtı Tehranda keçirilmiş karate üzrə beynəlxalq turnirin qalibi Zəhra Salmanlını təbrik edib, ona yarışlar zamanı uğurlu çıxışlarına və göstərdiyi vətənpərvərliyə görə hədiyyə göndərib. XəbərAl.az xəbər verir ki, Heydər Əliyev Fondunun nümayəndələri bu gün Zəhra Salmanlıya kompüter və Fondun müxtəlif nəşrlərini təqdim edib. Qeyd edək ki, 5-ci sinif şagirdi Zəhrə […]
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bütün dövlətləri koronavirus peyvəndi ilə təmin etməyi hədəfləyən beynəlxalq COVAX mexanizminə qoşulmağa çağırıb. TASS xəbər verir ki, ÜST-ün baş direktoru Tedros Adanom Qebreisus bu barədə Cenevrədə keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, bununla bağlı bütün dövlətlərə məktub göndərib: “Qlobal COVAX mexanizmi (peyvəndlərlə) təmin olunma və risklərin aradan qaldırılması üçün çox vacibdir”.