Sənaye və energetika

Azərbaycanın bu ilki neft hasilatı ilə bağlı proqnozu yeniləndi

Sharing is caring!

Azərbaycanın 2021-ci ildə neft və kondensat istehsalı ilə bağlı proqnozu yenilənib.

ABŞ-ın Energetika Nazirliyi yanında Enerji İnformasiya Agentliyindən verilən məlumata əsasən, 2021-ci ilin yanvar ayının proqnozuna görə, 2021-ci ildə Azərbaycanda neft və kondensat hasilatının gündəlik həcminin orta hesabla 730 min barel olacağı proqnozlaşdırılır.

Halbuki, Agentliyin ötən ilin dekabr ayında neft və kondensat hasilatı ilə Azərbaycan üzrə proqnozu 720 min barel idi. Proqnoz üçün göstərici 10 min barelə qədər artırılıb.

Agentliyinin hesablamalarına əsasən, 2021-ci ilin birinci rübündə ölkədə neft və kondensat hasilatının gündəlik həcminin orta hesabla 700 min barel, ilin ikinci rübündə 730 min barel, üçüncü rübdə 740 min barel və ilin sonunda, dördüncü rübdə isə 750 min barel olacağı gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir