Sənaye və energetika

“AzərEnerji”nin nəzdindəki MMC ötən ili xalis zərərlə başa vurub

Sharing is caring!

“AzərEnerji” ASC-nin nəzdində “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin 2019-cu il üzrə xalis mənfəət və zərər məcmusu açıqlanıb.

“Azərenerji” ASC-nin təqdim etdiyi hesabata əsasən, 2019-cu il üzrə stansiya müvafiq dövrdə 269 milyon 29 min manat həcmində elektrik satışı həyata keçirib. 2018-ci ilə nisbətən elektrik satışının həcmi 1,5 faiz azalıb.

“Azərbaycan İstilik Elektrik Stansiyası” MMC 2019-cu ili 196 milyon 971 min manat zərərlə başa vurub. Baxmayaraq ki, 2018-ci ildə MMC dövrü 12 milyon 80 min manat xalis mənfəətlə başa vurmuşdu.

Belə ki, şirkətin xərclərinə nəzər saldıqda xərclərin böyük bir qismi – 200 milyon 42 min manatı yanacağa sərf edilib. Bu, 2018-ci illə müqayisədə 8,5 faiz azdır. Eləcə də, köhnəlməyə 31 milyon 990 min manat və ya əvvəlki illə müqayisədə 10,3 faiz az, təmir və texniki xidmətlərə 24 milyon 712 min manat və ya 3,3 dəfə çox, işçi heyətin saxlanılması xərclərinə isə 7 milyon 35 min manat və ya 40 faiz az vəsait sərf edilib.

MMC-nin əməliyyat zərərinin həcmi 5 milyon 660 min manat həcmində olub ki, bu da 2018-ci ilin əməliyyat zərərindən 34,8 faiz az olub.

Stansiyanın mənfəət vergisi 1 milyon 364 milyon manat və əvvəlki illə müqayisədə 2,1 dəfə azdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir