Kanadada”Cessna 208″ adlı hidrotəyyarə qəzaya uğrayıb. XeberAl.az xəbər verir ki, nəticədə 4 nəfər ölüb, daha 5 nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb. Onlardan ikisinin vəziyyəti ağır qiymətləndirilir. Qəzanın səbəbi ilə bağlı ilkin ehtimal kimi əlverişsiz hava şəraiti qeyd olunur.
Fransa Güləş Federasiyası Azərbaycanla bağlı səhvi düzəldib. XəbərAl.az xəbər verir ki, 15-17 yanvar tarixlərində Fransanın Nitsa şəhərində 47-ci dəfə keçiriləcək güləş üzrə turnirdə Azərbaycanla bağlı səhvə yol verilib. Belə ki, 1924-cü ildə Fransadakı Yay Olimpiya Oyunlarında yunan-Roma güləşi üzrə qızıl medal qazanmış Anri Deqlanın şərəfinə keçirilən Qran Pridə təşkilatçılar iştirakçı Azərbaycanın bayrağını loqoda əks etdirməyib. […]
Kürdəmirdə yas mərasimi təşkil edənlər cərimələnib. Baku TV xəbər verir ki, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Türkədi kənd sakini Həsən Əhmədovun karantin rejimini pozaraq, həyətində yas mərasimi təşkil etməsi faktını aşkarlayıb. Dərhal polis əməkdaşlarının keçirdikləri əməliyyatla yas mərasiminin keçirilməsi dayandırılıb. Ev sahibi Həsən Əhmədov və yas mərasimdə iştirak edən bir neçə nəfər saxlanılaraq, rayon […]