Sənaye və energetika

Mikayıl Cabbarov: “Təşvişə düşüb mağazalardan kütləvi alış etmək üçün heç bir əsas yoxdur”

Sharing is caring!

Azərbaycanda son dövrlər bəzi insanların təşvişə düşərək mağazalardan kütləvi alış etməsi üçün heç bir ciddi əsas yoxdur. Bu fikirdə olan İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkəmizin ərzaq məhsulları ilə tam təchiz olunduğunu və koronavirusa görə yükdaşımalarda heç bir məhdudiyyət tətbiq edilmədiyini deyib. O, bildirib ki, hazırda ticarət şəbəkələri, mağazalar, eynilə anbarlarda gündəlik təlabat  malları, o cümlədən ərzaq məhsulları ilə bağlı kifayət qədər ehtiyat mövcuddur.

Nazirin sözlərinə görə, iqtisadi təhlükəsizlik məsələsi daim Azərbaycan hökumətinin diqqət mərkəzində olub. Ölkənin ərzaq təhlükəsizliyinin etibarlı təmin olunması üçün ehtiyatlar mütəmadi monitorinq olunaraq qiymətləndirilir. Hazırda koronovirus təhlükəsi ilə əlaqədar olaraq ölkəmizin sərhədlərində tətbiq olunan  məhdudiyyətlər  isə yükdaşımalara şamil edilmir.

Mikayıl Cabbarov hökumətin iqtisadi sahədə vəziyyətə nəzarət etmək üçün bütün vasitələrə malik olduğunu vurğulayıb. Qeyd edib ki, yerli istehsalın artırılması üçün dövlət tərəfindən əlavə dəstək tədbirləri həyata keçiriləcək.

Son günlər istehlak bazarında tibbi vasitələrə – spirt və tibbi maskalara təlabatın artmasına gəlincə, Mikayıl Cabbarov hazırda bu məhsulların təchizatında heç bir çətinliyin olmadığını deyib. Qeyd edib ki, yaxın həftələrdə isə Azərbaycanda tibbi maskaların istehsalı üzrə yeni müəssisə işə düşəcək.

Nazir son günlər ticarət mərkəzləri və mağazalarda müşahidə olunan istehlakçı davranışına dünyanın hər yerində rast gəlindiyini, lakin mövcud şəraitdə insanların belə mərkəzlərdə kütləvi toplaşmasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyyələrinə uyğun olmadığını diqqətə çatdırıb.