Sənaye və energetika

İlham Əliyevdən külək elektrik stansiyasının tikintisi ilə bağlı SƏRƏNCAM

Sharing is caring!

Prezident İlham Əliyev qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında sərəncam imzalayıb. 

Sərəncama əsasən, Nazirlər Kabineti qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyasının tikintisi ilə əlaqədar “İnvestisiya müqaviləsi”nin, “Enerji alqı-satqı müqaviləsi”nin, “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi”nin, “Torpaq icarə müqaviləsi”nin, “Birbaşa razılaşma”ların və “Müstəqil mühəndis müqaviləsi”nin imzalanması ilə bağlı zəruri tədbirlər görməli, Azərbaycan Respublikasının Hökuməti adından imzalanmış müvafiq müqavilələri təsdiq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. 

Bundan başqa, Nazirlər Kabineti bu Sərəncamın 1-ci bəndində nəzərdə tutulan külək elektrik stansiyasının tikiləcəyi ərazilərdə küləkölçmə işləri tamamlandıqdan sonra torpaqların kateqoriyasının dəyişdirilməsi, həmin ərazilərdə dövlət torpaqlarının icarəyə vermək hüququ iləEnergetika Nazirliyinin daimi istifadəsinə verilməsini və bundan irəli gələn məsələlərlə əlaqədar müvafiq tədbirlər görülməsini təmin etməlidir. 

Eyni zamanda, Nazirlər Kabineti Maliyyə Nazirliyi, Energetika Nazirliyi və “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti ilə birlikdə bu Sərəncamın 1-ci bəndində göstərilən “İnvestisiya müqaviləsi”ndə və “Enerji alqı-satqı müqaviləsi”ndə nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsi üçün zəruri tədbirlər görülməsini təmin etməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir