Manşetüstü Region

Şəhid sayı artır – Qardaş ölkə yasdadır

Türkiyənin Diyarbəkr vilayətinin Kulp mahalı ilə Muş vilayəti arasında PKK terrorçuları tərəfindən yola yerləşdirilən partlayıcının işə düşməsi nəticəsində ölənlərin sayı 7-ə çatıb.

XəbərAl.az xəbər verir ki, bunu Türkiyənin Daxili işlər naziri Süleyman Soylu açıqlayıb.

“Kustar üsulla hazırlanan partlayıcının avtomobil keçərkən işə düşməsi nəticəsində 7 övladımız, insanımız, qardaşımız haqqın rəhmətinə qovuşub. Allah rəhmət eləsin. Hazırda 10 yaralımız var”,- Soylu hadisə zamanı yaralanan vətəndaşları xəstəxanada ziyarət edərkən jurnalistlərə açıqlamasında deyib.

Qeyd edək ki, hadisə ötən gün baş verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir