Region

“Azərbaycan Qadınlarının Haqlarının Müdafiə Mərkəzi” İctimai Birliyinin Bölgələrdə Layihəsi uğurla davam edir – FOTOLAR

Sharing is caring!

Xəbəral.az xəbər verir ki, Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə, Şamaxı şəhərində fəaliyyət göstərən “Azərbaycan Qadınlarının Haqlarını Müdafiə Mərkəzi” İctimai Birliyinin tərkibində sağlamlıq İmkanları məhdud uşaqlar üçün reabilitasiya mərkəzi yaradılmışdır. Mərkəzə cəlb olunan uşaqlara xüsusi diqqət , qayğı və təlim məşğələləri keçiriləcəkdir. Mərkəz fəaliyyətə başladığı tarixdən Şamaxı və yaxın kəndlərdən ailələr müraciət edirlər. Göstərilən xidmətlərin hər biri pulsuz həyata keçirilir. Sosial Xidmətlər Agentliyinin sosial sifarişi ilə “Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili” layihəsi çərçivəsində yaradılan mərkəzdə Şamaxı şəhərindən olan 100 nəfər sağlamlıq imkanları məhdud uşaq sosial xidmətlərə cəlb olunacaqdır.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.