Region

Şuşa şəhəri yaxınlığında baş verən atışma ilə bağlı araşdırma aparılır

Sharing is caring!

Rusiya sülhməramlılarının komandanlığı avqustun 9-da Şuşa yaxınlığında Azərbaycan Silahlı Qüvvələrinin əsgərləri ilə erməni separatçıları arsında baş verən silahlı qarşıdurmanın araşdırılmasına başlayıb. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, avqustun 9-da saat 17-45 dəqiqələrdə Şuşa şəhəri ətrafında Azərbaycan Silahlı Qüvvələri ilə ermənilər arasında yüngül silahlardan istifadə edilməklə atışma qeydə alınıb. Rusiya sülhməramlıların müdaxiləsi nəticəsində insident genişlənməyib və tərəfləri sakitləşdirmək mümkün olubdur.

Təlafat və insan itkisi qeydə alınmayıb.

Faktla bağlı Rusiya sülhməramlıları Azərbaycan və erməni tərəfi ilə bir yerdə araşdırma aparır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir