Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə Görüşü Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyini daha da gücləndirdi. Qəbul edilmiş sənədlərdə dövlət və hökumət başçıları münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq, hələ də həll olunmamasından təəssüf hissi keçirdiklərini bildirir və onun Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı əsasında həll olunmasının vacibliyini vurğulayırlar. XəbərAl.az xəbər […]
Gəncə şəhərində gənc kürək nahiyəsindən bıçaq xəsarəti alıb. “Report”un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin “Dubay bazarı” adlanan bazar yaxınlığında qeydə alınıb. Belə ki, mübahisə zəminində 1999-cu il təvəllüdlü Ü. Mehdizadə kürək nahiyəsindən bıçaq xəsarəti alıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır. Xeberal.az
PSJ və Argentina milli futbol komandasının hücumçusu Lionel Messi BBC-nin “ilin idman ulduzu” mükafatını qazanıb. Bu mükafat “il ərzində dünya səhnəsində ən diqqətəlayiq idman uğuru əldə etmiş” idmançıya verilir. 35 yaşlı argentinalı 1960-cı ildən təqdim edilən mükafatı alan beşinci futbolçudur. Messi karyerasında ilk dəfə bu mükafatı qazanıb. Xatırladaq ki, Messi 2022-ci ildə Qətərdə baş tutan dünya çempionatında […]