Region

Mingəçevirdə almaniyalı uşaq ikimərtəbəli evdən yıxılaraq ağır xəsarət alıb

Mingəçevirə qohumlarına qonaq gələn ikiyaşlı almaniyalı uşaq ikimərtəbəli evdən yıxılaraq ağır xəsarət alıb

APA-nın Mingəçevir bürosunun məlumatına görə hadisə şəhərin Samux küçəsində baş verib.

Həmin ünvanda yerləşən ikimərtəbəli fərdi yaşayış evinin pəncərəsindən ehtiyatsızlıq nəticəsində yıxılan uşaq 2017-ci il təvəllüdlüdür.

O, ağır xəsarət alıb. Şəhər xəstəxanasına çatdırılan yaralı tibbi yaradım aldıqdan dərhal sonra Gəncədə yerləşən klinikalardan birinə göndərilib. Onun durumunun ağır olduğu deyilir.

Uşağın baş nayihəsindən ciddi zərbə aldığı deyilir. O da məlum olub ki, yaralanan uşaq Almaniya vətəndaşıdır, ailəsilə birgə orada yaşayır. Mingəçevirə qohumlarının evinə qonaq gəlibmiş. Bu gün onun doğum gününü qeyd edirlərmiş.