Region

Şuşada özəl mərkəz yaradılacaq – Nazir açıqladı

Sharing is caring!

“DOST xidmətlərinin 2025-ci ilədək bütün ölkəni əhatə etməsi planlaşdırılır”.

“XəbərAl.az” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev REAL-a müsahibəsində deyib.

“Növbəti mərhələdə çox geniş spektrdə DOST mərkəzləri şəbəkəsi yaradılacaq. Ümumilikdə, ölkə üzrə 17 regional mərkəzimiz olacaq.

Bir regional mərkəzimiz Naxçıvanda, biri işğaldan azad edilmiş ərazilərimizdə, beşi Bakıda, digərləri isə respublikanın digər regionlarında yerləşəcək”, – nazir bildirib.

Onun sözlərinə görə, 47 DOST filialı yaradılacaq:

“Bütün işğaldan azad edilmiş rayonlarımızda o filiallar olacaq. Eyni zamanda, sosial xidmətlərin göstərilməsi üçün Şuşada çox özəl bir mərkəz yaradılacaq. Prezident bu istiqamətlər üzrə öz tapşırıqlarını verib.

Hazırda Gəncə, Sumqayıt, Bərdə, Quba, Masallı, Şəki, Sabirabad rayonlarında DOST mərkəzləri şəbəkəsinin yaradılması üçün layihələndirmə, tikinti-quraşdırma işlərinə başlanılıb.

Düşünürük ki, 2023-cü ilin sonunadək səkkiz regional mərkəz yekunlaşdırılacaq. Mövcud beş mərkəzin üzərinə gələndə 13 regional mərkəzimiz olacaq. 2025-ci ilədək isə bu say 17-yə çatdırılacaq”.

S.Babayev vurğulayıb ki, regional mərkəzlər açıldıqca, o regiona bağlı rayonlarda filiallar açılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir