Region

Hikmət Hacıyev Şuşa səfəri ilə bağlı paylaşım etdi — FOTO

Sharing is caring!

Diplomatik korpusun nümayəndələrinin Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə səfəri başa çatıb.

XəbərAl.az
 xəbər verir ki, bu barədə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında qeyd edib.

“Diplomatik korpuslarla Azərbaycanın mədəniyyət paytaxtı, gözəl Şuşaya səfərimizi başa vurduq. Səfirlər dağıdılmış mədəniyyət abidələri barədə yerindəcə ilk mənbədən məlumat aldılar və bərpa, qoruma planlarına dair qeydlər apardılar.

Ziyarətdə iştirak edənlərə təşəkkür edirik”, – deyə Hikmət Hacıyev qeyd edib.

Qeyd edək ki, ötən gün diplomatik korpus nümayəndələrinin Şuşa şəhərinə səfəri təşkil edilmişdi.

With diplomatic corps we finished our visit to beautiful Shusha- cultural capital of Azerbaijan. Ambassadors received first hand information on the ground about destroyed cultural monuments and took note on restoration and conservation plans. We thank who took part in the visit.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir