Region

Zaqatala sakinini ilan sancıb

Sharing is caring!

Zaqatalada 40 yaşlı kişini ilan sancıb.

APA-nın məlumatına görə, bu gün rayonun Faldar kənd sakini, 1979-cu il təvəllüdlü Natiq Ramin oğlu Səfərov ilan sancması xəsarəti ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Tibb müəssisəsindən bildirilib ki, N.Səfərov özünə məxsus sahədə təsərrüfat işləri aparan zaman ilan qəfildən onun sol ayağının topuq nahiyəsindən sancıb. N.Səfərova lazımi tibbi yardım göstərilib, ilan zəhəri əleyhinə qarşı zərdab vurulub. Onun vəziyyəti orta-stabil kimi qiymətləndirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir