Region

“MHP Şuşada məktəb tikmək fikrindən vaz keçdi”-Səbəb-FOTO

Sharing is caring!

Türkiyənin Milliyyətçi Hərəkat Partiyası (MHP) Şuşa şəhərindı inşa etdirmək istədiyi məktəb layihəsindən imtina edib.

XəbərAl.az xəbər verir ki, bunu MHP-nin sədri Devlet Bahçeli “Tvitter” sosial şəbəkəsində paylaşıb.

Devlet Bahçeli bildirib ki, məktəbin tikintisini dəstəkləyən qardaşlarımızdan yardım və ianə adı altında yığılan pul təxirə salınmadan və eyni şəkildə qaytarılacaqdır.


“Azərbaycan rəhbərliyi layihəmizi qəbul etmədi, yeni və fərqli bir məktəb layihəsi hazırladı. Əlbəttə ki, bu qərar onların ən təbii haqqıdır və onlara hörmət etməkdən başqa çarəmiz qalmayacaq. Bu çərçivədə layihəmizi hazırladıq və ictimaiyyətlə paylaşdıq. Hədəf etdiyimiz məktəbə Azərbaycan Dövlət Himninin bəstəkarı və Şuşada anadan olan mərhum Üzeyir Hacıbəylinin adını verməyi planlaşdırmışdıq. Sözügedən məktəbin təməlqoyma günü kimi 30 yanvar 2021-ci ili planlaşdırmışdıq”, -deyə Devlet Bahçeli yazıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir