Növbəti buraxılışında Cəbiş müəllim əfsanəvi musiqiçimizin yaradıcılığının əsas mərhələlərindən, həmçinin musiqili komediya janrında ən uğurlu filmlərdən olan “Bəxtiyar” filmi haqda söhbət açır Bu il əfsanəvi müğənni Rəşid Behbudovun anadan olmasından 105, dahi sənətkarın baş rolda oynadığı “Bəxtiyar” filminin ekranlara çıxmasından 65 il keçir. Cəbiş müəllim böyük müğənninin həyat yoluna işıq salaraq, eyni zamanda unudulmaz “Bəxtiyar”ın […]
“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsi ləğv edilərək onun əvəzinə Mətbuat katibliyi yaradılıb. Bu barədə XeberAl.az-a Azərbaycan Dəmir Yolları”ndan bildirilib. Məlumata görə, katibliyə rəhbərlik indiyə qədər İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yarım Şurasının üzvü olan Natəvan Bayramovaya həvalə olunub. O, qurumun sözçüsü kimi Sevinc Qədirovanı əvəz edib.
Bu gün səhər saatlarında bölmələrimiz tərəfindən həyata keçirilən tədbirlər nəticəsində düşmənin dərinlikdə olan mövqelərinə, avtomobil texnikasına, dayaq məntəqəsinə, artilleriya qurğularına və canlı qüvvəsinə zərbələr endirilib. Xəbəral.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı deyib. “Sadəcə, düşmən itkilərini gizlətməyə cəhd edir. Lakin yəqin ki, yaxın saatlarda bu barədə məlumat verəcəklər. Xalqımız bilsin […]