“Qarabağda atəşkəs elan edilib. Rusiya sülhməramlı missiyası oradadır. Birgə müşahidə mərkəzimiz də qurulur”. “Hürriyet”in məlumatına görə, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Soçidə rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında çıxışı zamanı bildirib. “Məqsədimiz davamlı sülh və sabitlikdir. Altıtərəfli format da daxil olmaqla, bütün imkanlarımızı səfərbər etməliyik. Türkiyə-Ermənistan, Ermənistan-Azərbaycan olaraq münasibətlərimizi normallaşdıra bilərik. Burada Rusiya […]
Macəraları sevən avstraliyalı gənc nəhəng pitonla birlikdə çayda üzüb. Bu görüntüləri əks etdirən videonu “DailyMail” nəşri yayıb. 18 yaşlı Miller Uolson Avstraliyanın şimalındakı tropik meşələrdə gəzərkən uzunluğu üç metr olan pitona rast gəlib. O, ilanın üzdüyü çaya girərək hadisəni videoya çəkib. Həvəskar təbiətşünas 11 yaşından belə videolar çəkib paylaşır. Onun ən məşhur videolarından biri timsahla üzməsini əks etdirir. […]
Milli Məclisin spikeri Sahibə Qafarova Qarabağ müharibəsində Azərbaycanın qazandığı parlaq qələbə münasibətilə xalqı təbrik edib. Təbrikdə deyilir: “Hörmətli həmvətənlər! Əzəli və əbədi Azərbaycan torpağı olan Qarabağımızı bizə geri qaytaran bu şanlı qələbəmiz münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edirəm! Bu möhtəşəm və tarixi günlər hər birimizin həyatında ən xoşbəxt, ən yaddaqalan günlər olacaq. Bu gün […]