Erməni işğalçıları Kəlbəcərdən çıxarkən yolları minalayıblar. Hazırda Azərbaycan hərbçiləri həmin minaların zərərsizləşdirilməsi ilə məşğul olur. Bunu əks etdirən videolardan biri sosial şəbəkələrdə yayılıb. Videoda hərbçilərimizin öz işlərinə həvəs və yumorla yanaşdığı görünür.
Rusiya silahlarının bəzi növlərinin analoqları hələ uzun müddət xarici ölkələrdə olmayacaq. Gazeta.ru-nun məlumatına görə, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib. “Rusiya silahlarının bəzi növləri xaricdəki analoqlarını illərlə, hətta on illərlə qabaqlayır”, – deyə o bildirib.
Azərbaycanda Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi istintaqı ləngidir. Bu sözləri açıqlamasında Bakı Dövlət Universitetinin (BDU) üç tələbəsinin zəhərlənməsi və onlardan birinin ölümü hadisəsini, hansı ki, artıq üzərindən 100 gün keçib – şərh edən məşhur vəkil Türkel Süleymanlı deyib. Xatırladaq ki, noyabrın 21-də universitetin Yasamal rayonu, Mətbuat prospektində yerləşən yataqxanasında tələbələr Şəkər Xasmətova (1999-cu […]