Region

“Paşinyan Ermənistanın bir hissəsini Azərbaycana verməyi düşünür” – Erməni müxalifəti

Ermənistanda baş nazir Nikol Paşinyanın 11 yanvarda Moskvaya edəcəyi səfərlə bağlı narahatlıq artıb.

XəbərAl.az xəbər verir ki, Ədliyyə Nazirliyi qarşısında toplaşan müxalifətçilər Paşinyanın səfər zamanı Azərbaycana ərazi güzəştləri nəzərdə tutan müqaviləyə imza atacağını bildirirlər.

“Aydındır ki, yanvarın 11-də Paşinyan Moskvaya hansısa məsələ ətrafında danışıqlar aparmaq ya da hər hansı müqavilə imzalamaq üçün gedir. Səfər sirr saxlanılır və ehtimal edirəm ki, Paşinyan Ermənistanın bir hissəsini Azərbaycana verməyi düşünür”- deyə “Vətən” partiyasının şura üzvü Arsen Babayan deyib.

Etirazçılarla görüşə çıxan ədliyyə naziri Rüstəm Badasyan isə yayılan məlumatları inkar edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir