Region

Xankəndinin ətraf əraziləri minalardan təmizlənib – VİDEO

Sharing is caring!

Rusiya Müdafiə Nazirliyinin sülhməramlıları tərəfindən Xankəndi şəhərinin cənub ətraf ərazilərində mühəndis kəşfiyyatı və minalardan təmizləmə əməliyyatı həyata keçirilib.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi internet saytında məlumat verilib.

Bildirilib ki, gün ərzində bir hektardan çox ərazi və bir kilometr yol təmizlənib, 2876 partlayıcı obyekt aşkar edilərək zərərsizləşdirilib. Ümumilikdə isə, Dağlıq Qarabağdakı mühəndis bölmələri tərəfindən 62 hektardan çox ərazinin və 21 kilometrdən çox yolun minalardan təmizləndiyi və 4000-dən çox partlayıcı obyektin aşkar edilərək zərərsizləşdirildiyi bildirilib.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir