Region

Hikmət Hacıyevdən ermənilərin Ağdam və Laçından çıxarılacağı vaxtla bağlı AÇIQLAMA

Sharing is caring!

“Bəyanata əsasən, Azərbaycanın işğaldan azad olunan torpaqlarından ermənilərin mülki insanlarının, hərbçilərin çıxarılması davam etdirilir”.

Bunu bu gün keçirilən brifinqdə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, 20 noyabrda Ağdam, dekabrın 1-də isə Laçından ermənilərin çıxarılmasını nəzərdə tutan vaxt olduğu kimi saxlanılır:

“Yalnız coğrafi relyefi çətin olduğu üçün Kəlbəcərlə bağlı bu zaman 15 noyabrdan 25 noyabradək uzadılıb”.

“Ali Baş Komandan İlham Əliyev tərəfindən də, əminliklə qeyd edə bilərik ki, bu müjdə yaxın zamanlarda Azərbaycan xalqına çatdırılacaq”, – deyə H.Hacıyev əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir