Region

Düşmən atəşi nəticəsində Naftalan və Goranboya dəyən ziyan hesablanır

Sharing is caring!

Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində Goranboy və Naftalanda mülki əhaliyə dəymiş ziyanın hesablanmasına başlanılıb.

Bu barədə “Report”un Qərb Mərkəzinə Naftalan və Goranboy üzrə İşçi Qrupun rəhbəri Elxan Əsədov məlumat verib.

Onun sözlərinə görə, Naftalan şəhərində 3 fərdi evə, 1 mülki obyektə zərər dəydiyi müəyyən olunub. Goranboy rayonunda isə ilkin olaraq 300-ə yaxın fərdi yaşayış evinə, obyektə, həmçinin məktəb və inzibati binalara zərər vurulub.

“Hazırda monitorinq aparılır, hesablanma işləri davam etdirilir. Ən çox zərər görən kənd isə Tap Qaraqoyunludur”, – deyə o bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir