Bakcell işğaldan azad olunmuş ərazilərdəki şəbəkəsinin genişlənməsinə qoyacağı investisiyanın həcmini 23 milyon manata çatdıracaq. Bununla da 2022-ci ilin sonuna qədər Qarabağda qurulmuş baza stansiyalarının sayı 100-ü keçəcək. Hazırda Bakcell şəbəkəsi Şuşada və Cıdır düzündə, Cəbrayıl, Zəngilan, Füzuli, Ağdam, Tərtər və Xocavənd rayonlarının müxtəlif yerlərində, Zəngilan Beynəlxalq Hava Limanının tikildiyi ərazidə, Füzuli Beynəlxalq Hava Limanında mövcuddur. […]
Bakının Xətai rayonu “8 Noyabr” prospektində ölümlə nəticələnən hadisə baş verib. Xeberal.az-ın məlumatına görə, qatar 45 yaşlı kişinin üzərindən keçib və onu iki hissəyə ayırıb. Faktla bağlı araşdırma aparılır. Xeberal.az
İngiltərə Superkubokunun sahibi müəyyənləşib. Xeberal.az xəbər verir ki, həlledici matçda son ölkə çempionu “Mançester Siti” ilə ölkə kubokunun son sahibi “Liverpul” qarşılaşıb. Oyunda hesabı “Liverpul” açıb. “Qırmızılar” ilk hissəni Trend-Aleksandr Arnoldun qolu 1:0 öndə bitiriblər. İkinci hissədə “Mançester Siti” hesabı bərabərləşdirsə də, daha iki qol vuran “Liverpul” yekunda 3:1 hesablı qələbəyə sevinib. Qarşılaşmanın qollarını təqdim edirik: […]