manset Region

Dünyanın gözü ORA DİKİLDİ: bu gün saat 23:00-da…

Sharing is caring!

Suriyanın şimalında YPG/PYD/PKK terrorçularına Türkiyə sərhədindən 32 km cənuba çəkilmələri üçün verilən 5 günlük müddət bu gün saat Bakı vaxtı ilə 23:00-də (Türkiyə vaxtı ilə 22:00) başa çatır.

XəbərAl.az-ın Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, ilk 4 gündə yalnız Rəsulayn və Tel Abyadda məhdud şəkildə geri çəkilmə müşahidə edilib.

Qeyd edək ki, Türkiyə oktyabrın 9-da Suriyanın şimalında “Sülh çeşməsi” antiterror əməliyyatına başlayıb. Oktyabrın 17-də isə YPG terrorçularının bölgədən çəkilməsini nəzərdə tutan Türkiyə-ABŞ razılaşması əldə edilib. Razılaşmaya əsasən, əməliyyat 120 saat müddətindən dayandırılıb.

Verilən müddətin tamamlanmasından sonra təhlükəsiz zona elan edilən bölgədə qalan terrorçular zərərsizləşdiriləcək.

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu razılaşmanın əldə olunmasından sonra verdiyi açıqlamasında atəşkəsdən söhbət getmədiyini, əməliyyata fasilə veriləcəyini və müəyyən olunan müddətdən sonra davam etdiriləcəyini bildirib.

“”Sülh çeşməsi” əməliyyatını 120 saat müddətində dayandıracağıq. Bu, atəşkəs deyil. Atəşkəs yalnız iki legitim tərəf arasında ola bilər. Terrorçular bölgəni tamamilə tərk etdikdən sonra əməliyyatı dayandıra bilərik”, – o qeyd edib.

Türkiyə Silahlı Qüvvələri 444 km uzunluğundakı xətdə terrorçuların çəkilməsini izləyərkən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Soçidə həmkarı Vladimir Putin ilə keçirəcəyi görüşün də nəticəsini gözləyəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir