manset Region

SON DƏQİQƏ: əməliyyatların 4-cü günündə böyük uğur, əsas hədəf ələ keçirildi – YENİLƏNİR

Sharing is caring!

Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusu tərəfindən Fərat çayının şərqindəki terrorçulara qarşı təşkil edilən “Sülh Çeşməsi” əməliyyatı 4-cü günündə davam edir.

XəbərAl.az xəbər verir ki, yerli vaxtla saat 09:15 etibarilə Suriya Milli Ordusu əsgərləri Münbiçdən Qamışlıya uzanan strateji M4 quru yoluna çatıb.

Hərəkat çərçivəsində bu günə qədər 415 terrorçu zərərsizləşdirilib. Türkiy Silahlı Qüvvələri 4 şəhid verib.

***

09:00

“Sülh Çeşməsi” (“Barış Pınarı”) əməliyyatı çərçivəsində öldürülən PKK/PYD-YPG terrorçularının sayı 415-ə çatıb.

XəbərAl.az  xəbər verir ki, bu haqda Türkiyənin Müdafiə Nazirliyindən bildirilib.

“Fəratın şərqində həyata keçirilən “Barış Pınarı” hərəkatı gecə boyunca uğurla davam etdirilib. PKK/PYD-YPG terror təşkilatının mövqeləri qurudan və havadan vuruldu. Zərərsizləşdirilən terrorçuların sayı 415-ə çatıb”, – məlumatda deyilir.

***

01:49

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında həyata keçirdiyi “Sülh Çeşməsi” (Barış pınarı) antiterror əməliyyatı çərçivəsində PKK/PYD və YPG terror qruplaşmalarının 399 terroçusu zərərsizləşdirilib.

XəbərAl.az Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi özünün tvitterdəki səhifəsində məlumat yayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir