AKTUAL Ölkə

“Bakcell”dən möhtəşəm Yeni İl hədiyyəsi: 20 geqabayta qədər pulsuz internet

Sharing is caring!

Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi Bakcell şirkəti qarşıdan gələn Yeni İl münasibətilə öz abunəçilərini xüsusi kampaniya ilə sevindirir.

Şirkətdən XəbərAl.az-a verilən məlumata görə, yeni kampaniyanın şərtlərinə əsasən, 1 GB və daha iri həcmli İnternet paketini əldə edən hər bir Bakcell abunəçisinə eyni həcmdə PULSUZ 4G trafik hədiyyə olunacaq.

5 dekabr 2018-ci il tarixindən 31 yanvar 2019-cu il tarixinə qədər keçiriləcək kampaniya sayəsində abunəçilər 20 qiqabayta qədər PULSUZ 4G İnternet əldə edə biləcəklər. Kampaniya “Bakcell”in 1 GB-dən 20 GB-dək həcmində olan sərfəli internet paketlərin geniş çeşidinə şamil edilir.

Kampaniyada iştirak edib “Bakcell”dən xüsusi Yeni İl hədiyyəsi almaq üçün, abunəçilər sadəcə kampaniya ilə əhatə olunmuş internet paketlərinin birini (1 GB, 1.5 GB, 3 GB, 5 GB, 10 GB, 20 GB) əldə etməlidir. PULSUZ 4G İnternet trafiki dərhal onların istifadə etdiyi nömrənin balansına yükləniləcək.

Həmçinin qeyd etmək lazımdır ki, kampaniya müddətində Bakcell abunəçiləri yaşadıqları əraziyə yaxın olan Bakcell Müştəri Xidməti Mərkəzinə və ya “Bakcell”in diler dükanına yaxınlaşıb öz köhnə SİM kartını yeni 4G SİM-kartı ilə PULSUZ dəyişə bilərlər.

Pulsuz internet yalnız Bakcell şirkətinin 4G şəbəkəsində 30 gün ərzində istifadə oluna bilər. Həmin müddət ərzində abunəçilər ölkənin ən sürətli və ən geniş 4G/LTE şəbəkəsinin üstünlüklərindən yararlana biləcəklər. Bakcell şirkətinin qurduğu ən müasir 4G şəbəkəsi abunəçilərə öz smatrfonlarının ən maraqlı funksiyalarından tam şəkildə istifadə imkanı verir. Bu isə o deməkdir ki, sözügedən texnologiya sayəsində Bakcell abunəçiləri yüksək həllolma əmsalı ilə 4K kontentini izləmək və yükləmək, əyləncə proqramlarına ani giriş əldə etmək, HD keyfiyyətində onlayn video izləmək, canlı konsert və idman proqramlarına baxmaq və mürəkkəb yeni nəsil mobil tətbiqetmələrindən istifadə edə bilirlər.

“Bakcell”in 4G şəbəkəsi 1700 baza stansiyası ilə Azərbaycanın 40-dan çox çox rayon və şəhər mərkəzlərində mobil operatorun abunəçilərinə ən üstün müştəri təcrübəsi təmin edir

Qeyd edək ki, 2018-ci ildə şirkət “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Bu mükafat bütün dünyada tanınmış “Ookla” şirkəti tərəfindən “Bakcell”ə Azərbaycan Respublikası ərazisində ən sürətli mobil internet xidmətlərinin göstərilməsinə görə təqdim edilib

Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 4G/LTE mobil internet xidməti göstərir.

Bakcell şirkətinin 4G şəbəkəsi artıq bütün Bakı və Abşeron ərazisi daxil olmaqla ölkənin 40-dan çox rayon və şəhər mərkəzlərində mobil operatorun abunəçilərinə ən üstün müştəri təcrübəsi təmin edir.

7000-dən artıq baza stansiyası vasitəsilə Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə “Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir