Ölkə

Bakıda küləyin sürəti artır – FAKTİKİ HAVA

Sharing is caring!

Milli Hidrometeorologiya Xidmətinin aprelin 13-ü saat 05:00-a olan məlumata əsasən, ölkə ərazisində müşahidə olunan güclü şimal-qərb küləyi qərb rayonlarında tədricən səngiyir, Bakıda isə küləyin sürəti artır.

Xidmətdən Bizim.Media-ya bildiriblər ki, küləyin ani maksimal sürəti Naftalanda 20, Neftçala, Biləsuvarda 12 metr/saniyəyə çatır.



Bakıya və Abşeron yarımadasına gəlincə, küləyin sürəti Bakıda saniyədə 28, Maştağada 19, Neft Daşlarında 20, Çilov adasında 19 metr/saniyəyədək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3.0 metrdir.

Şimal-qərb küləyinin aprelin 13-ü səhər saatlarında bəzi yerlərdə 18-23, arabir 25-28, gündüz isə 15-18 metr/saniyəyədək mülayimləşəcəyi gözlənilir.
 Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir