Ölkə

İradə Polad: Azərbaycanda əhalinin vaksin olunması yüksək səviyyədə həyata keçirilir.

Sharing is caring!

Xəbəral.az xəbər verir ki, Azərbaycan da dünyanın başqa ölkələrində olduğu kimi koronavirus təhlükəsi ilə üz-üzədir. Bu təhlükədən qounmağın əsas yollarından biri peyvənd olunmaqdır. “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyinin sədri İradə Polad bununla bağlı müraciət edib: -Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəbərdarlıq edib ki, “Delta” və “Omicron” ştammlarının birləşməsi COVID-19-a yoluxmaların təhlükəli dalğalarına səbəb ola bilər. Təşkilatın rəhbəri Tedros Adanom Qebreyesus ABŞ və Avropa ölkələrində rekord sayda yeni yoluxma halları haqqında məlumat verərək deyib ki, Fransa ardıcıl iki gündə 208 min yoluxma ilə Avropada ən yüksək yoluxma hadisəsinin olduğunu açıqlayıb. Cons Hopkinsə görə, ABŞ son bir həftə ərzində gündə orta hesabla 265 min hadisənin qeydə alıb. Danimarka, Portuqaliya, Böyük Britaniya və Avstraliya da rekord göstəricilər haqqında məlumat yayıb. Polşa çərşənbə günü COVID-19-a yoluxma ilə əlaqəli 794 ölümün olduğunu və bunun pandemiyanın dördüncü dalğasında ən yüksək rəqəm olduğunu bəyan edib. Yoluxanların dörddə üçündən çoxu peyvənd olunmayalardır.
İsrailin Maarif Nazirliyi bildirib ki, ölkədə məktəblilərin 3-də 2-si koronavirusla bağlı psixoloji depresiuyadan əziyyət çəkir.
İldən artıqdır davam edən koronavirus COVİD-19 pandemiyasının “Omicron” ştamı aşkarlanıb. BU ştam daha sürətlə yayılır. Bunu əlamətləri təxminən belədir: bir çox insanda soyuqdəymə kimi boğaz ağrısı, burun axması və baş ağrısına səbəb olur.
London Kral Kollecinin əməkdaşı, koronavirusun əlamətlərinə dair “ZOE Covid Study” mobil tətbiqinin müəlliflərindən biri Kleir Stivs deyib ki, boğaz ağrısı, başağrısı, zökəm də əlamətlərin siyahısına əlavə edilməlidir. Onun sözlərinə görə, COVID-19-a yeni yoluxma hallarının 75 faizində əlamətlərin soyuqdəymə ilə bənzərliyi, klassik əlamətlərə isə az təsadüf edilir.
Virusun mutasiyaları daha zərərsiz görünür, amma bunda peyvəndlərin və əvvəlki ştamların da rolunu unutmaq olmaz.
Ümumdünya Səhiyyə Təşkilatı peyvəndləmə prosesinin daha sürətlə getməsinin vacibliyini bəyan edir. Təşkilat dünya əhalisinin 70 faizinin 2022-ci ilin ortalarına qədər peyvənd olunması strategiyasını müəyyən etsə də, bu hədəfə çatmaq mümkün görünmür. Bunun əsas səbəbi “peyvənd millətçiliyi”nin davam etməsidir.
Azərbaycanda əhalinin vaksin olunması yüksək səviyyədə həyata keçirilir, eyni zamanda ölkəmiz vaksinasiyaya birinci başalayan dövlətlərdəndir. Azərbaycan bəzi döpvlətlər vaksinlə yardım belə edib.
Dövlət hesabına həyata keçirilən vaksinasiya əhalinin sağlamlığının, insan kapitalının qorunmasına yönəlmiş addımlardan biridir. Bunun nəticəsidir ki, Azərbaycan həm də koronavirusa görə itkilərin aşağı olduğu ölkələr sırasındadır. Aparılan hesablamalar göstərir ki, Azərbaycanda vaksinasiya prosesi də uğurla gedir və 8 yaşdan yuxarı olan əhalinin təxminən 65 faizi artıq peyvəndin hər iki dozasını alıb.
Eyni zamanda, “buster” dozanı vurduranların sayı 1,7 milyonu keçir.
Vaksinnasiya olunmağımız özümüzün və ətrafımızın sağlamlığının qorunması, eyni zamanda, pandemiyanın daha tez başa çatması, habelə daha sabit həyata qayıtmağımız üçüb mühüm amildir. Peyvənd olunma həm də COVİD-19-un yeni ştamalarına, mutasiyasına qarşı ən effektiv tədbirdir. Vaksinasiya yoluxduqda belə xəstəlikdən daha tez və problemsiz xilas olmağımıza kömək edəcək.
Pandemiyasız həyatımıza qayıtmağımız, əvvəlki çağlarımıza qayıtmağımız üçün hər kəsi vaksinasiya olunmağa çağırıram.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir