Ölkə

Sabah da qar yağacaq: Şaxta olacaq, yollar buz bağlayacaq

Sharing is caring!

Martın 13-də Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək, gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. 

Milli Hidrometeorologiya Xidmətindən daxil olan xəbərə görə, havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 0 dərəcə, gündüz 3-5 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək, nisbi rütubət 65-75 faiz təşkil edəcək.  

Martın 13-də Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir duman olacaq, şərq küləyi əsəcək.  

Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-8 dərəcə isti, dağlarda gecə 5-10, yüksək dağlıq ərazilərdə 12-15, gündüz 0-5 dərəcə şaxta olacaq. Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.

Tibbi-meteoroloji proqnoz

Martın 13-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.  

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir