Ölkə

Dumanlı hava şəraiti sabah da davam edəcək

Sharing is caring!

“Hazırda Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə olunur”.

XəbərAl.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki, arabir güclənən cənub-şərq küləyinin üstünlüyü yerüstü təbəqədə havanın temperaturunun aşağı düşməsinə və inversiya yaranmasına səbəb olub: “Bu da dumanın əmələ gəlməsinə  şərait yaradır. Fevralın 11-12-də fasilərlə duman olacağı gözlənilir”. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir