Ölkə

Sabah Bakıda yağış, rayonlarda şaxta olacaq

Sharing is caring!

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. 

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu  Abşeron yarımadasında gecə 2-4 dərəcə isti, gündüz 8-11, Bakıda gecə 2-4 dərəcə isti, gündüz 8-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək,  nisbi rütubət  gecə 70-80 faiz, gündüz 50-55  faiz olacaq. 

Yanvarın 31-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə 0-4 dərəcə isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti olacaq. 

Tibbi-meteoroloji proqnoz

Yanvarın 31-də Abşeron yarımadasında cənub küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir