Ölkə

Həftəsonları mağaza və gözəllik salonları da işləyəcək

Sharing is caring!

Xəbər verdiyimiz kimi, yanvarın 25-dən Azərbaycanda ticarət obyektləri (mağazalar), bərbərxana və gözəllik salonlarının fəaliyyətinə icazə verilib. Bununla yanaşı, həftəsonu digər qadağaların qüvvədə qaldığı açıqlanmışdı.

XəbərAl.az xəbər verir ki, Bir sıra sahibkarlar “Qafqazinfo”ya müraciət edərək həftəsonları bu iaşə obyektlərinin fəaliyyətinin icazə verilib-verilməyəcəyi ilə maraqlanıblar.

Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov sorğumuza cavab olaraq bildirib ki, 30-31 yanvar tarixləri də daxil olmaqla həftəsonları bu xidmət sahələri fəaliyyət göstərəcək: “Ticarət obyektləri, bərbərxana və gözəllik salonları həftəsonları da işləyəcəklər. Bu sahədə yerində xidmət bərpa edilib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir