Ölkə

Azərbaycanda karantinin sərtləşdirilməsi ilə bağlı XƏBƏRDARLIQ

Sharing is caring!

“Sərt tədbirlər görülməsə, koronavirusa yoluxma sayı azalmayacaq”.

XəbərAl.az xəbər verir ki, bunu Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev Nazirlər Kabineti yanında operativ qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, sərt tədbirlər nəticəsində iki həftə ərzində yoluxma sayı azala, nəzarət altına alına bilər:

“Bundan sonra yenidən yumşaldılmalara gedilə bilər. Qaydalarla bağlı ciddi tədbirlər görülməlidir. Çalışmaq lazımdır ki, insanlar bir yerə toplaşmasın.

Bununla bağlı nə qədər sərt tədbirlər görülmüş olarsa, effektiv nəticə ola bilər. Buna gedilməsə, xəstəxanalarda xəstələrə yer qalmayacaq”, – deyə direktor qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir