Ölkə

Muxtar Babayev də yola salınır -Ekologiya nazirliyi ləğv olunur

Sharing is caring!

çox qalmaqallarda və korrupsiyada hallanması olub:

“Bildiyiniz kimi, Prezident İlham Əliyev adı ən çox korrupsiyada hallanan məmurları hökumətin yeni tərkibinə buraxmadı. Ekologiya və təbii sərvətlər naziri postuna isə Muxtar Babayevi gətirərərək ona etimad göstərdi. Lakin ötən dövr ərzində ekologiya sahəsində irəliləyişlərin olmaması, üstəlik, yeni nazirin öz adamları vasitəsi ilə müəyyən tender oyunlarında adının hallanması ciddi narazılıq yaradıb”.

Onu da nəzərə çatdıraq ki, Muxtar Babayevin uzun illər bu sahədə çalışan peşəkar kadrları qısa müddətdə öz adamları ilə əvəz etməsi də birmənalı qarşılanmayıb. Belə ki, nazirin əmri ilə bu günlərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin rəisi Bilal Dadaşov vəzifəsindən azad edilib. M. Babayevin digər əmri ilə, Dövlət Ekspertiza İdarəsinin rəisi vəzifəsi, nazirliyin ətraf mühitin və təbii sərvətlərin tənzimlənməsi şöbəsinin rəhbəri Mirsalam Qəmbərova həvalə olunub.

Ehtimal olunur ki, M. Babayevin etibarlı kadrlarından hesab olunan B. Dadaşovun işdən çıxarılması qanunsuz əməlləri, milyonlarla vəsaitin mənimsənilməsi ilə bağlıdır: “Dövlət Ekspertiza İdarəsi nazirliyin ən mühüm qurumlarından biridir. Tikinti, daş karxanaları və digər gəlirli sahələrə məhz bu idarə nəzarət edirdi. Yəni, naziriliyin əsas “gəlir” mənbəyinə M. Babayevin yaxın adamının rəhbərlik etməsi də təsadüfi deyildi. Amma Bilal Dadaşovdan olan narazılıq yuxarılan diqqətinə çatdırıldıqdan sonra M. Babayevdən narazılıq yaranıb. O da B. Dadaşovu vəzifədən kənarlaşdırmaqla özünü qorumağa çalışıb. Lakin yuxarıların M. Babayevə etimadı kəskin şəkildə azalıb”.

Müsahibimiz onu da bildirir ki, Ekologiya nazirliyindəki idarəçilikdən olan narazılıq qurumda islahatların aparılmasını qaçılmaz edib. Hətta “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin ləğv olunaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Kənd Təsərrüfatı Nazirliyinə birləşdirilməsi ilə bağlı müzakirələrin aparıldığı da bildirilir.Hər halda, son dəyişikliklər onu deməyə əsas verir ki, ciddi narazılıq yaradan məmurlar “yola salınacaq”.(reytinq.az)

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir