Ölkə

“Diplomatiya Akademiyası” layihəsi çərçivəsində ilk görüş keçirilib.

Sharing is caring!

“Loqos” – un Azadlıq filialında Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi tərəfindən başlanan “Diplomatiya Akademiyası” layihəsi çərçivəsində ilk görüş keçirilib.
Görüşün qonağı “İnternat Məzunlarının Sosial İnteqrasiyası” Gənclər İctimai Birliyinin (“İMSİ” GİB) sədri Araz Əhmədov olubdur.
Əvvəlcə Araz Əhmədov haqqında qısa video rolik nümayiş edilib.
Sonra görüş başlayıb və Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzinin icraçı direktoru Leyla Kərimova qonağı gənclərə təqdim edib.
Daha sonra Araz Əhmədov öz həyat hekayəsi haqqında gənclərə məlumat verib və bildirib ki, könüllük bir məktəbdir. A.Əhmədov məzun olduqdan sonra 7 il könüllü fəaliyyət göstərdiyini bildirib. Qonaq qeyd edib ki, o, “DAN” Beynəlmiləl Gənclər İctimai Birliyində könüllülər koordinatoru olub və bu ona böyük təcrübə qazandırıb: “Gənclərin ən böyük problemlərindən biri müstəqil həyata inteqrasiya etməkdir. Bəzən yaranan komplekslər gəncləri özünə qapadır. Amma görülən işlər nəticəsində bir çox uğurlar əldə olunub. Ölkənin aparıcı gəncləri arasında internat məzunları var. Məzunlar arasında xaricdə təhsil alanları var. Təşkilat yalnız məzunlardan və könüllülərdən ibarətdir. Fəaliyyətimiz müddətində potensiallı gəncləri seçib təcrübəçi kadrlar yetişdirdik”.
Sonra A.Əhmədov gənclərin suallarını cavablandırıb və görüş olduqca maraqlı anlarla yekunlaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir