Ölkə

Azərbaycan Milli Qəhrəman Ailələrinin Sosial Müdafiəsi ictimai birliyi yeni layihənin icrasına start verib

Azərbaycan Milli Qəhrəman Ailələrinin Sosial Müdafiəsi ictimai birliyi yeni bir layihənin icrasına start verib.
“Milli Qəhrəman Tahir Həsənovun xatirəsinə həsr olunmuş tədbirlərin təşkili“ layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə icra olunur. İctimai birliyin icra etdiyi layihənin  əsas mahiyyəti ailənin yeganə övladı Tahir Həsənovun xatirəsinin yad olunmasının timsalında gənclərimizin bütün şəraitlərdə vətən qarşısında borclarını unutmamağa çağırışdı. Həm də gənclər belə qəhrəmanların həyat yollarını özlərinə nümunə götürərək, şəhidləri tanısınlar.
Tahir Həsənov kim idi? O, dəfələrlə yaralansa da müalicə olunar- olunmaz cəbhəyə qayıtdı. O illərdə ölkə gündəmini zəbt edən Tahir  Həsənovun qəhrəmanlığını İkinci Dünya Müharibəsində igidlik göstərmiş Mehdi Hüseynzadə ilə bir tutdular. Mehdi Hüseynzadə kimi Tahir Həsənov da döyüşçüləri  mühasirədən çıxarıb  təkbaşına vuruşdu. Düşmənləri yaxına buraxaraq sonuncu qumbaranı partlatdı və şəhid oldu. İyirmi beş gün düşmən əlində qalan Tahir Həsənovun cəsədini Azərbaycan əsgəri Çıldıran kəndini azad edərək götürə bildi. 1992-ci il sentyabrın 2-də şəhid olan Tahir Həsənovu  Şəhidlər Xiyabanında yalnız sentyabrın 28-də dəfn etmək mümkün oldu. Kim bilir, bəlkə Tahir Həsənov  Mehdi Hüseynzadədən nümunə götürdüyü kimi müasir Azərbaycan gəncliyinin kumirinə çevrilmiş Mübariz, Fərid -Tahirlərdən,  İlqarlardan,  Natiqlərdən ,  Vəzirlərdən örnək aldılar. Və 2016-cı ilin aprel döyüşləri – bu dəfə daha yeni qəhrəmanların adları Azərbaycanın hərb tarixinə yazıldı. Hələ ki, müharibə bitməyib. Bundan sonra da sözsüz şəhidlər verə bilərik. Nə dünən, nə bu gün, nə də sabah qəhrəmanlıq göstərəcək oğullarımızı unutmağa haqqımız yoxdur. Axı vətən yolunda canlarından keçən qəhrəmanlarımızın valideynləri onları  çox böyük çətinliklə böyütdülər. Şəhidlər  məhz bizlər üçün canlarından keçdilər. Azərbaycanın Milli Qəhrəmanı Tahir Həsənov ailənin yeganı övladı idi. Onun anasının təsəllisi isə övladının yad edilməsi, xatırlanmasıdı. Milli Qəhrəman Tahir Həsənovun xatirəsinə həsr olunmuş tədbirlərin təşkili layihəsinin rəhbəri şəhidin anası Qalibə Budaqovadır.Layihə iki ay icra olunacaq. Layihə çərçivəsində Cüdo  idman növü üzrə yarış keçiriləcək.
    Azərbaycan Milli Qəhrəman Ailələrinin Sosial Müdafiəsi ictimai birliyi

Azərbaycan Milli Qəhrəman Ailələrinin Sosial Müdafiəsi İctimai Birliyi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir